Martın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları infrastrukturunun 20-27 mart tarixlərində “AzInTelecom” MMC-nin “Hökumət buludu”na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.
Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan qalxacaq.