Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Bu barədə "Unikal"-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib. Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 74 sm, Altıağac, Xaltan, Şahdağda 41 sm, Lerikdə 40 sm, Kişçayda (Şəki) 35 sm, Ağdərədə (Ordubad) 32 sm, Qrızda 24 sm, Daşkəsən, Qusarda 13 sm, Qubada 10 sm, Göygöldə 8 sm, Şahbuzda 6 sm, Şərurda 2 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 29 mm, Astarada 22 mm, Lerikdə 20 mm, Beyləqanda 17 mm, Göytəpədə 12 mm, Ağdərədə (Ordubad) 11 mm, Qusarda 10 mm, Qubada 7 mm, Ağdamda 6 mm, Xaçmaz, Xaltan, Şabran, Şahdağ, Qrızda 5 mm, Tərtər, Altıağac, Şahbuzda 4 mm, Salyan, Biləsuvar, Kişçay (Şəki), Balakəndə 2 mm, Naxçıvan, Şərur, Naftalan, Gəncə, Zaqatala, Şəki, Şamaxı, Bərdə, Yevlax, Neftçalada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 2 mm, Sumqayıtda 0.3 mm olub.
Qərb küləyinin sürəti Gəncədə 28 m/s, Hacıqabulda 24 m/s, Şamaxıda 23 m/s, Naftalanda 22 m/s, Ağstafa, Culfa, Neftçala, Sabirabad, Tovuzda 20 m/s, Şirvan, Ağdərə (Ordubad), Naxçıvan, Salyan, Cəfərxanda 18 m/s, Culfa, Biləsuvarda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-4 dərəcə isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-dək davam edəcək.