Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
"Unikal"ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qaradağ rayonunda təşkil olunacaq.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Ə.Əmirov adına Mədəniyyət Sarayının həyəti) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 23-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.