"27 mart Dünya Teatr Günüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açıb".
"Unikal" xəbər verir ki, bunu öz tvitter hesabında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.
"Qarabağda erməni vandalizminə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq", - deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.