Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası hazırlanacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və təminat normasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.