UNEC SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyeva və həmin fakültənin 15 tələbəsi Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin dəvəti ilə işgüzar səfərdə olublar.
"Unikal" xəbər verir ki, fakültə inkişaf proqramı çərçivəsində Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin İqtisadi Sosial Elmlər fakültəsində işgüzar səfərdə olan UNEC SABAH heyətinə universitet barədə geniş ətraflı məlumat veriblər.
Fakültə dekanı Dr.Tamas Koltai UNEC SABAH məzunlarının həmin universitetdə magistratura pilləsində təhsillərini davam etdirdiklərini diqqətə çatdıraraq, məzunların biliyinin yüksək olmasının onların xüsusi marağına səbəb olduğunu və bu səbəbdən də UNEC SABAH heyətini universitetə dəvət etdiklərini deyib.
Səfər çərçivəsində SABAH tələbələri magistr təhsili alan beynəlxalq qrupların tədris prosesində iştirak ediblər.
SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyeva isə həmin ingilis dilli beynəlxalq qruplarda “Azərbaycan iqtisadiyyatının müqayisəli təhlili” (“Comparative analysis of Azerbaijan economy”) mövzusunda mühazirələr oxuyub, fakültə inkişafı ilə bağlı işgüzar görüşlərdə iştirak edib.
Səfərin sonunda dekan və tələbələrə sertifikatlar təqdim olunub.