Vətən müharibəsi qazisi parkda gecələyir.
"Unikal" xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə yayılıb.
Qazi Sədi Cəfərovun küçədə gecələməsinə səbəb kirayə haqqını ödəyə bilməməsidir. İddia edilib ki, o, günlərdir III qrup əlillik dərəcəsinin təsdiqlənməsi üçün yaşadığı Ağcabədi rayonunda ailəsini, övladlarını tək qoyaraq Bakıya gəlib və burada küçədə gecələməyə məcbur qalıb.