Hələlik epidemoloji vəziyyət imkan verir ki, karantin qaydaları yumşaldılsın.
Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, qapalı yerlərdə maska taxılması və digər karantin qaydalarının gözlənilməsi ilə bağlı tələblərin ləğv olunması epidemoloji vəziyyətin tam stabilləşməsi fonunda baş verir.
"Bir məsələni nəzərə almaq lazımdır ki, hazırda Çində koronavirusa yoluxma sayı yenidən artır. Orada müəyyən sərt tədbilər görülüb. Pandemiyanın sonu gəlmədiyi üçün karantin birbaşa ləğv edilə bilməz. Hazırda epidemoloji vəziyyətə uyğun qərarlar qəbul olunur. Bura yumşaldılmalar, lazım gəldikdə isə sərtləşmələr aiddir. Hər-halda pandemiyaya son verməmişik. Buna baxmayaraq, tədricən yumşaldılma tədbirləri görülür və görülməkdə davam edir".
Anar Kəlbiyev