Belarus Rusiyanın Ukraynaya zərbələr endirməsi üçün öz torpaqlarından və hava məkanından istifadəyə icazə verir.

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

"Belarus Ukraynaya qarşı birbaşa müharibə aparmadığını bildirsə də, müharibə üçün Rusiyaya dəstək olur. Belə ki, Belarusda rus hərbçilərə tibbi yardım da göstərilir. Son sutka ərzində Ukraynada yaralanan çox sayda rus hərbçisi tibbi yardım üçün Belarusun Narovlya şəhərinə aparılıb", - məlumatda bildirilib.

Murad İbrahimli