Avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***10:51
Cəlilabad rayonunda qətlə yetirilənin şəxsiyyəti bilinib.
"Unikal"ın məlumatına görə, o 1963-cü il təvəllüdlü Tərbiyə Nərimanovadır. Onu qayını Təhmasib Əliyevin qətlə yetirdiyi bildirilir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
***
Cəlilabad rayonunda qətl hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Alar kəndində baş verib.
Belə ki, kənd sakini olan qadın qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev