Rusiya xüsusi təyinatlıları Voronejdə yaşayan azərbaycanlı iş adamı Yusif Xəlilovun evinə basqın ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı yazır.
O, rüşvət almaqda ittiham olunur. Kanalın məlumatına görə, Yusif Xəlilov hələ də rəsmi olaraq saxlanılmayıb.
Sahibkar məşhur "Yardy Superbar" restoranının və "Alekseevski" bazarının ortaq sahibidir.