Çinin ən böyük şəhəri Şanxayda koronavirusa yoluxanların sayının artması karantin qaydalarının yenidən sərtləşdirilməsinə gətirib çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qadağaya görə insanların çölə çıxa bilmədiyi şəhərdə robot itlərin boş küçələrdə gəzməsi qorxu filmlərinə bənzədilib.
COVID-19-a yoluxanların artması səbəbindən tam qapanma qərarının həyata keçirildiyi Şanxayın küçələrində belində meqafonla epidemiya qaydaları ilə bağlı açıqlama verən robot itlər sosial mediada gündəm olub.
Aynurə Xudaverdiyeva