Xəzər dənizində zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar dünən yerli vaxtla saat 23:24-də saat 3,8 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.