2021-ci ildə cəzaçəkmə müəssiələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb.
"Unikal" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
İdarə rəisi bildirib ki, 2000-ci illə müqayisədə 28 dəfə, 2005-ci illə müqayisədə 13 dəfə, 2010-cu illə müqayisədə 4 dəfə, 2015-ci illə müqayisədə 1,5 dəfə azalma qeydə alınıb.