İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) aprelin 19-da, 21-də və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.
"Unikal" xəbər verir ki, I hərraca 20 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili, II hərraca 32 nəqliyyat vasitəsi, III hərraca isə 23 nəqliyyat vasitəsi çıxarılacaq.
Ümumilikdə 75 nəqliyyat vasitəsinin satışı nəzərdə tutulur ki, bunların arasında ABŞ, Koreya və Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. 1983-2013-cü illərdə istehsal olunan bu nəqliyyat vasitələrinin marka və təyinatları müxtəlifdir.