Azərbaycanda Dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa həvalə olunub.
Normativ hüquqi aktın layihəsinin hazırlanması ilə bağlı ilkin təkliflərin toplanması, beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi aktın layihəsinin hazırlanması və vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktının qəbul edilməsi nəzərdə tutulub.