Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov rayonun bir qrup fəal gəncləri ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, icra başçısı ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bugünkü gəncliyə verdiyi dəyəri, yüksək diqqət və qayğını bir daha vurğulayaraq həmin dövlət qayğısının bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib.
Görüşdə rayonda yaşayan gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, ölkənin siyasi həyatında fəal iştirak etməsinin təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, və digər məsələlər barədə geniş müzakirələr aparılıb.
Daha sonra gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib