"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 22:22 üçun (Bakı vaxtı) 5,47 faiz ucuzlaşaraq 100,81 dollar/barel təşkil edib.
"Unikal" "TASS"a istinadən xəbər verir ki, saat 22:35 üçun (Bakı vaxtı) ucuzlaşma 4,74 faizə qədər zəifləyib və "Brent" markalı neft 101,58 dollar/barel səviyyəsində alınıb-satılıb.
Son dəfə "Brent" markalı neftin qiyməti martın 17-si 101 dollardan aşağı olub.
"WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti isə saat 22:35 üçün 5,11 faiz ucuzlaşaraq 96,75 dollar/barel təşkil edib.