Latviya parlamenti 9 may tarixini Ukraynada həlak olanlar şəxslərin anım günü elan edən qanun layihəsi qəbul edib.
"Unikal" xəbər verir ki, layihəni Seymin 100 deputatından 61-i dəstəkləyib. Qanun mayın 9-da qələbə gününün qeyd olunmasını qadağan edir.
Həmin gün dövlət qurumları və yerli özünüidarəetmə qurumları əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək.