Hollivud ulduzu Natali Portman hazırda Ukraynada gedən müharibə ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, aktrisa instaqram səhifəsində Ukraynanın bayrağını və bir neçə yardım qurumunu işarələyərək onlara dəstək olduğunu bildirib:
"Ürəyim Ukrayna xalqı və qaçqınlara kömək edənlərlədir. Ehtiyac sahiblərinə dəstək olmaq istəyənlər həmin qurumlarla əlaqə saxlasınlar".