"Dünya müharibənin daha tez bitməsini istəyirsə, onda bizə silah verməlidir".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodmir Zelenski Hindistan mətbuatına verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, dünya liderlərinin Ukraynaya silah ötürməməsi müharibənin uzanmasına səbəb ola bilər.
"Təslim olmaq fikrində deyilik, lakin ağır silahlar olmadan bu proses uzun çəkəcək. Biz cavab verəcəyik, texnikanı təmir edəcəklər, ordu quracaqlar, yenidən bizə hücum edəcəklər, müəyyən şəhərləri yenidən işğal edəcəklər. Ona görə də ağır silahlar olmadan müharibə uzunmüddət davam edəcək”, - Zelenski bildirib