Rusiya Minsk üçün müttəfiqdir, o, (Belarus- red.) istənilən çətinlikdə onun (Rusiyanın - red.) yanında olacaq.
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Siz bu regionda münaqişə ilə bağlı nə baş verdiyini, o cümlədən Rusiya və Ukraynanı yaxşı bilirsiniz... Siz bizim prinsipial mövqeyimizi bilməlisiniz: Rusiya bizim müttəfiqimizdir, etibarlı müttəfiqimizdir. Biz həmişə Rusiya ilə bir yerdə olmuşuq və bundan sonra da istənilən vəziyyətdə, istənilən çətinlikdə bir yerdə olacağıq", - Lukaşenko Pakistanın Belarusdakı səfiri Səccad Heydər Xan ilə görüşündə deyib.
Ağarza Elçinoğlu