Rumıniyanın keçmiş Turizm naziri Yelena Udrya korrupsiyaya görə 6 il həbs cəzası alıb. Bundan sonra sabiq nazir ölkəsindənBolqarıstanda qaçıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniyada mühakimə olunduğu korrupsiya iddiası ilə bağlı Apellyasiya Məhkəməsində həbs cəzası dəqiqləşən Udrya martın 7-də şəxsi avtomobili ilə Bolqarıstana daxil olub.
Rumıniya dövlət orqanlarının verdiyi beynəlxalq həbs qərarı nəticəsində Udrya Bolqarıstanın Yunanıstana açılan Kulata Sərhəd Qapısı bölgəsində saxlanılıb.
Udryanın Rumıniyaya ekstradisiyası üçün başladılan hüquqi prosedur çərçivəsində Bolqarıstan prokurorluğunun tələbi ilə məhkəmədən daimi həbs qərarı istəniləcək.
Gülayə Mecid