Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətində Kramatorsk vağzalında baş verən hücuma münasibət bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
"Ruslar evakuasiya olunmağı gözləyən minlərlə dinc sakinin olduğu Kramatorsk dəmiryol vağzalını Toçka-U ilə vurublar... Təxminən 30 nəfər ölüb, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb", - prezident deyib.
Onun sözlərinə görə, hadisə yerində polis və xilasedicilər işləyir.
"Rusiya qeyri-insanları öz üsullarından əl çəkmirlər. Döyüş meydanında bizə qarşı durmaq gücü və cəsarəti olmadan dinc əhalini kinli şəkildə məhv edirlər. Bu, sərhədləri olmayan bir vəhşilikdir. Əgər cəzalandırılmasa, heç vaxt dayanmayacaq", - deyə Zelenski ifadə vurğulayıb.
Donetsk Regional Dövlət Administrasiyasının rəhbəri Pavlo Kyrylenkonun sözlərinə görə, raket zərbəsi zamanı stansiyada minlərlə insan olub, çünki Donetsk sakinlərinin Ukraynanın təhlükəsiz bölgələrinə təxliyəsi davam edir.
Gülayə Mecid