Bu gün Urmiya gölü və onun ətraf ərazilərində duz fırtınası olub.
"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə, duz fırtınasının xüsusilə Təbriz şəhərində daha şiddətli olduğu bildirilir.
Qeyd edək ki, Urmiya gölündə illərdir quruma prosesi gedir. Duz fırtınası da məhz sözügedən qurumanın fəsadlarıdır.
Onu da deyək ki, məlum fırtına insan sağlamlığı üçün təhlükə yaradır. Belə ki, havaya daxil olan duz zərrəcikləri insanların sağlıq durumuna ciddi şəkildə təhlükə yaradaraq, göz, ağciyər xərçəngi, dəri, tənəffüs orqanları, qan təzyiqi və s. kimi xəstəliklərə səbəb olur. Hətta bəzi rəsmi şəxslər Urmiya gölü ətrafında yaşayan əhali arasında bir çox xəstəlik, xüsusi ilə də göz xəstəliklərinin artdığını etiraf ediblər.
Əgər göl quruyarsa, milyonlarla insan üçün həyati təhlukə yaranacaq. Duz fırtınası onlardan sadəcə biridir.
Ağarza Elçinoğlu