İran atom elektrik stansiyası inşa edir.
"Unikal" xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
O bildirib ki, İran mütəxəssislərinin tikəcəyi 360 meqavatlıq stansiya ölkənin nüvə fəaliyyəti tarixində qızıl səhifə açacaq: "Bu stansiyanı iranlı mütəxəssislər vasitəsilə tikməklə AES inşa edən ölkələr sırasında yer alacağıq".
Onun sözlərinə görə, stansiyanın layihəsi 10 ildir hazırdır. Lakin xarici şirkətlər əməkdaşlıq etmədiyi üçün layihə dondurulmuşdu: "Biz bu gün bu atom stansiyası layihəsinin icrasına beynəlxalq standartlara uyğun yenidən başladıq və tikəcəyik."
O, Buşəhr atom elektrik stansiyasının ikinci və üçüncü fazasının tikintisi ilə bağlı Rusiya ilə imzalanmış sazişin qüvvədə qaldığını və maliyyə probleminin olduğunu bildirib: "Layihənin icrası 24 ay gecikib. Rusiya tərəfi ilə ötən aylarda müzakirə aparmışıq və layihələrin icrasını sürətləndirəcəyik".