İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub.
"Unikal" xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Ölüm hadisələrinin təxminən yarısı – 1149 nəfər – avqustun 3-dən 18-dək davam edən isti günlərdə baş verib.
Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri isə kişidir.