Taliban qruplaşması Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, təxminən, 490 keçmiş hökumət məmurunu, təhlükəsizlik qüvvələri və diplomatları öldürüb və ya oğurlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times"ın araşdırmasında qeyd olunur.
Məlumata görə, təkcə Bağlan əyalətində 86 qətl, Qəndəharda isə daha 114 nəfərin itkin düşdüyü təsdiqlənib. Nəşr Əfqanıstanın bütün 34 əyalətində itkin düşmə və qətllərin qeydə alındığını bildirir. Qəzetin yazdığına görə, Taliban "əfvdən əsgərləri gizləndiyi yerdən çıxarmaq üçün tələ kimi istifadə edir".
Ağarza Elçinoğlu