Meksikanın Zakatekas ştatında yol kənarındakı tarlada 6 cəsəd tapılıb.

"Unikal" xəbər verir ki, Meksika Dövlət Prokurorluğundan verilən açıqlamada, Pinos bölgəsində yol kənarında 5 kişi və bir qadının cəsədinin tapıldığı bildirilib.

Açıqlamada ölüm səbəblərinin hələ bilinmədiyi, lakin cəsədlərin bura başqa bölgədən gətirildiyi qeyd edilib.

Bildirilib ki, polis hadisə yerini mühasirəyə alıb və ərazidə genişmiqyaslı axtarışlara başlayıb.

Ehtimal olunur ki, qurbanlar Xalisko və Sinaloa dəstələri arasında baş verən qarşıdurma nəticəsində öldürülmüş ola bilərlər.