Litva, Polşa, Estoniya və Latviya prezidentləri Ukrayna lideri bu gün Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir.
"Unikal" xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda "Twitter"də yazıb.
"Biz Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək", - deyə o, qeyd edib.
Polşa prezidentinin administrasiyası Ukraynanın paytaxtında dörd dövlətin başçısının Zelenski ilə görüşəcəyini təsdiqləyib.
Ağarza Elçinoğlu