Pologi rayonunda işğalçılar Novodanylivka kəndinə fosfor bombası atıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
"Zaporojye vilayətinin Novodanylivka kəndində fosforlu sursatla artilleriya atəşinə tutulması nəticəsində yaşayış binasının dam örtüyü yanıb. Zaporojye vilayətinin SES bölmələri fəsadları aradan qaldırıb. Yanğın zamanı xəsarət alan olmayıb", - deyə KİV-ə qeyd olunub.
Qeyd olunur ki, Pologi istiqamətində düşmən işğal etdiyi ərazini saxlamağa çalışır, pilotsuz uçuş aparatları ilə hava kəşfiyyatı aparır, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən Ukrayna hərbçiləri və yerli əhalini atəşə tutur.
"Düşmənin Zaporojye vilayətində hərbi və mülki infrastruktura raket silahlarından istifadə etməsi təhlükəsi, eləcə də rus işğalçılarının Zaporojye şəhərinə doğru irəliləyişini gücləndirmək ehtimalı yüksəkdir" , - deyə yerli media vurğulayıb.
Qeyd edək ki, bazar ertəsi regionun Poloqi rayonunda beş saat yarım davam edən ağır döyüş olub. Zaporojjya ərazi müdafiə briqadasının bəzi hissələri müəyyən mövqelər tutaraq işğalçılardan azad edilməsi planlaşdırılan qəsəbənin bir hissəsini zəbt edib.
Gülayə Mecid