Ukrayna Milli Qvardiyasının əsgərləri Kiyev vilayətində rus işğalçılarının döyüş silah-sursat anbarını tapıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyası məlumat yayıb.
“Bu gün Ukrayna Milli Qvardiyasının hərbçiləri Kiyev vilayətinin Korolivka kəndində xidmət apararkən rus işğalçı qüvvələrinin silah-sursat anbarı yaratdıqları yeri aşkar ediblər. Hadisə yerindən 100 qutu 125 kalibrli mərmi aşkar edilib”, - məlumatda deyilir.
Gülayə Mecid