Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 16 005,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 18,5% artaraq 1 593 manata çatıb.