Beyləqan təhsili rüşvət içində boğulur
12:49 23-02-2013
İQTİSADİYYAT
Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov təhsili bazara çevirib
Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı irimiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Bu tədbirlərin dgər sahələr kimi ölkənin təhsil sisteminə də şamil olunması, həmçinin respublikanın təhsil sistemində ümumilikdə uğurla həyata keçirilən əsaslı islahatlar əlbəttə ki, tədricən öz müsbət nəticələrini verir və Azərbaycan təhsilinin nə vaxtsa qabaqcıl dünya standartlarına uyğun səviyyəyə çıxacağına ümid yaradır.
Lakin ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi kadr problemləri xüsusilə diqqəti çəkir. Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər sahələrlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticədə isə vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa öyrəşmiş məmurlar bu vərdişlərindən heç cür əl çəkə bilmirlər. Hətta bəzən insanda elə təəssürat yaranır ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələ də əyalətlərə gəlib çatmayıb. Özlərini hər rayonun ağası kimi aparan bu məmurlar qanunla işləmək əvəzinə, daha çox öz prinsiplərini yeritməyə çalışırlar. Məhz buna görə də, ölkədə aparılan korrupsiyaya qarşı mübarizə regionlarda öz nəticəsini vermir.
Bu gün ölkənin təhsil sistemı strateji əhəmiyyət kəsb edən, xalqımızın gələcək müqəddəratını müəyyənləşdirən bir sahə kimi dövlətimizin xüsusi diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafına böyük qayğı göstərilir. Təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar da məhz gənc nəslin sağlam düşüncəli, elmi biliklərə dərindən yiyələnmiş və müasir dünya görüşünə sahiblənmiş vətəndaşlar kimi formalaşdırılması məqsədinə xidmət edir. Lakin aparılan islahatlara baxmayaraq, bu gün məhz təhsil sahəsində hələ də ciddi kadr problemləri müşahidə olunmaqdadır və bu problemlərin ölkəmizin təhsil sistemi üçün dərin fəsadlar törədir.
Bu gün təhsil sistemində ciddi problemlər yaşanan bölgələrimizdən biri də Beyləqan rayonudur. Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov səriştəsizliyi, işində yol verdiyi ciddi qanun pozuntuları, həmçinin müəllim əxlaqı ilə bir araya sığmayan şəxsi keyfiyyətləri təhsilin səviyyəsini son illər ərzində ən aşağı həddə endirmişdir. Rayon müəllimlərinin verdiyi məlumata görə, Tofiq Sadıqov rayon təhsilində əsl bazar açıb.
Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən təqaüd yaşı çatmış müəllimlərin hamısı işdən çıxdılar. Onların yerinə isə götürülməli olan cavan kadrlar isə Beyləqanda süründürməçiliyə məruz qalıblar. Təhsil şöbəsinin müdiri yuxarı dairələrdə tanışlarının olmasını az qala camaatın gözünə soxaraq, istədiyini edir. Heç bir müəllimi pulsuz işə götürməyən şöbə müdiri, nazirin əmrini belə saymır. Rayonun əksər kənd məktəblərində isə müəllim çatmır. Amma Tofiq Sadıqov rüşvət almadan müəllimləri işə götürmək istəmir. Sonra da Təhsil Nazirliyi haray salır ki, orta məktəblərə müəllim çatışmır.
Bundan başqa müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Sadıqov həmin saatlarını məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakultativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir. Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır.
Bir sözlə Beyləqan təhsili bu gün ən ağrılı günlərini yaşayır. Onu bu vəziyyətdən çıxarmaq üçün mütləq köklü islahatlar lazımdır. Yoxsa, anası ağlar qalan təhsilimizin olan-qalanını da itirəcəyik.
Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov deyəsən həm də Polad Ələmdar obrazına düşməkdən xoşu gəlir. Qəzetimizə daxil olan məlumata görə artıq bir neçə gündür ki, rayon məhkəməsi Tofiq Sadıqovu məhkəməyə gətizdirə bilmir. Çünki haqqında cinayət işi açılıb və yeyinti maddəsi ilə iş görülür.
Amma Tofq Sadıqov hələ ki, özünü qoruya bilir. Bunu da qeyd edək ki, dəfələrlə onun işdən çıxması məsələsi gündəmə gəlib. Amma gözəgörünməz qüvvə onun postunda qalmasını təmin edib.Amma indi aydın oldu ki, əslində onun himayədarı elə Təhsil Nazirliyində qaynar xəttdə işləyən İsak adlı şəxsdir. Hər dəfə problem yarananda məhz onun dəstəyi ilə vəziyyətdən çıxa bilir. Bu yaxınlarda isə məzuniyyətdə olan Tofiq Sadıqov məcburi şəkildə geri qayıtmalı olub. Çünki himayədarı rayonja gəlibmiş və Beyləqan təhsil şöbəsinin müdiri ilə bağlı ciddi şikaylətlər olubmuş. Amma İsaqla keçirtdiyi görüşdən sonra vəziyyət düzəlib. Bunun qarşılığında isə məktəblərədn pul yığını başlayıb.Əldə etdiyimiz məlumata görə 7 saylı məktəbin direktoru hər işçidən 50 manat pul yığıb ki, İsaq müəllimi yola salmaq lazımdır. Bundan başqa Tofiq Sadıqovun orta məktəblərdə də hansı yolla adamları işə götürməyini hamı yaxşı bilir. Bunun üçün öncə əlin cibində olmalı, həmçinin qohumluq faktoru nəzərə alınmalıdır. Hətta orta məktəblərdə əmək haqqı alan ölü canlarda kifayət qədər çoxdur. Hətta öz həyat yoldaşını 1 saylı orta məktəbdə işə düzəldib və 24 saat dərs verib. Amma indiyə qədər onun üzünü görən olmayıb.Bununla yanaşı Tofiq Sadıqov bacısı qızını da 1 saylı orta məktəbdə labarant kimi işə düzəldib və 2 ildir ki, işə getməsədə əmək haqqı alır. Bunu da əldə etdik ki, Tofiq Sadıqovun qazanc yeri həm də məktəblərə ayrılan yanacaqdır. Hətta bu yanacağın Gürcüstana, daha sonra isə Ermənistana satıldığıda söylənilir. Tofiq Sadıqovun yanacağı tam olaraq mənimsəməsini sə rayonda hamı bilir. Amma lazımi şəxsləri görməsi səbəbindən hələ ki, ona qaşın üstə gözün var deyən yoxdur.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40