Türkiyəli aktrisa Aslı Ənvər evlilik hazırlığında olduğu iş adamı sevgilisi Öndər Öztarhanla münasibətini sonlandırıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Öndəri sosial şəbəkədə də izləmədən çıxarıb.

Ənvər ayrılığın səbəbi barədə isə açıqlama verməyib.

Qeyd edək ki, cütlük ötən ilin sonundan eşq yaşayırdı. Ənvər daha əvvəl isə müğənni Murad Bozla münasibətdə olub.