Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 21 aprel 2022-ci il tarixində Mingəçevir şəhəri, Bələdiyyənin binasında olub.
"Unikal"xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı rayonunun Mingəçevir şəhəri üzrə nümayəndəsi Abbas Məmmədov, RİH məsul işçiləri, icra nümayəndələri iştirak edib. Qəbulda 50 nəfər iştirak edib, 17 məsələ qaldırılıb. Həmin məsələlərdən 9-u yerində həll olunub, 8-i isə baxılması üçün nəzarətə götürülüb.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.