Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir.
"Unikal" xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:
"Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".