UNEC-də Beynəlxalq İngilis Dili Gününə həsr olunan əyləncəli-bədii proqram təşkil olunub.
"Unikal" xəbər verir ki, Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə tələbə və müəllimlər ingilis dilində maraqlı səhnəciklər qurublar, mahnılar və şeirlər səsləndiriblər.
Tədbirin aparıcıları kafedranın dosenti Aysel Xəlilova və Prezident təqaüdçüsü Kamran Mustafayev olub. Müəllimlərdən dosent Aysel Xəlilova “İngilis dili dərsi” adlı səhnəcikdə çıxış edib, Kəmalə Seyfiyeva “When we too partied” adlı şeirini səsləndirib, Əminə Fərzəliyeva isə musiqi parçası ifa edib. Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin ingilis dilində səhnələşdirdikləri “Xoshgadam Show” auditoriyanın marağına səbəb olub.
Bədii hissədən sonra Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova maraqlı çıxışlar üçün tələbə və müəllimlərə təşəkkürünü bildirib, tədbirin ənənəvi olaraq hər il keçiriləcəyini diqqətə çatdırıb.