Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4426 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3355, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 262 nəfərdir.