Amerika dərman istehsalçısı "Merck"in dünyada geniş istifadə olunan anti-COVID dərmanı Molnupiravir virusun mutasiyaya uğramasına səbəb ola bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu dərman immuniteti aşağı olan insanlarda koronavirusun daha ağırlaşmasının qarşısını almaq üçün pandemiyanın erkən mərhələlərində istifadə edilib.
Belə ki, İngiltərədə aparılan bir araşdırmada, anti-COVID dərmanı Molnupiravirin "mutasiyaya uğramış virusların yaşamağa davam etməsinə səbəb ola biləcəyi" ifadə edilib. Bununla belə, mutasiyaların daha təhlükəli variantlara səbəb olmasına dair heç bir dəlil olmadığı da açıqlanıb.
Gülayə Mecid