Rusiyada koronavirusun FLiRT adlı yeni variantına kütləvi yoluxma halları müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzor xəbərdarlıq edib.
Qeyd olunub ki, COVID-19-un bu variantı böyük təhlükə yaratmır: "FLiRT-in simptomları "omicron" ştamının simptomlarına bənzəyir: təsirlənənlər qızdırma, öskürək, zəiflik, dad və ya qoxu itkisi, boğazda, əzələlərdə və ya başda ağrı hiss edirlər".
Yeni koronavirus variantı əvvəlkilərdən daha yoluxucudur: "Bütün monitorinq dövründə 178 yeni FLiRT variantı müəyyən edilib".
Mayın 21-nə olan məlumata görə, Rusiyada koronavirusa yoluxma halları son bir həftə ərzində 14,7 faiz artıb. Ölkə üzrə xəstəxanaya yerləşdirilənlərin sayında da 34,6 faiz artım var.
Ağarza Elçinoğlu