Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (18-24 sentyabr) 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 832 809 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, 10 321 nəfər vəfat edib, aktiv xəstə sayı 225 nəfərdir.
Ölkədə son həftə ərzində 3729, hazırkı dövrədək isə 7 684 217 test aparılıb.
Həmçinin, ölkəmizdə sentyabrın 18-24-də koronavirus (COVID-19) əleyhinə 282 vaksin vurulub.
Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.