İranda Ramazan bayramı münasibətilə 1542 məhbus əfv olunub.
"Unikal" xarici KİV-ə istinafən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei fərman imzalayıb.
Bildirilir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.