"Təsəvvür edin, bütün bu məlumatları jurnalistlərdən almasaydıq! Bu, fərqli dünya olardı”.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Mən həmişə mətbuata hörmət etmişəm, amma döyüş bölgələrində, atəşə tutulan jurnalistlərə nə qədər hörmət etdiyimi ifadə edə bilmərəm”, – ABŞ rəhbəri vurğulayıb.

Ağ Ev Müxbirlər Assosiasiyasının təşkil etdiyi ənənəvi qala şam yeməyinə qatılan dövlət başçısı Ukraynadakı müharibədə yaralanan və ya həlak olan jurnalistləri xatırlayıb, onlara ehtiram ifadə olunub.