Rusiyanın yüksək dəqiqlikli “Oniks” raketlərinin Odessa yaxınlığındakı hərbi aerodromda endirdiyi zərbə nəticəsində ABŞ və Avropadan Ukraynaya gətirilən silah və sursatların olduğu anqarı məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Yüksək dəqiqlikli "Oniks" raketləri Odessa yaxınlığındakı hərbi aerodromda ABŞ və Avropa ölkələrindən alınan silah və sursatların olduğu anqarı, həmçinin uçuş-enmə zolağını məhv edib.