Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib: "Nərminin meytinin tapıldığı gün əvvəl qonşuma dedim. Daha sonra polis əməkdaşı olan Murada zəng edərək məlumat verdik. O da bizə meyiti söndürməyimizi və video çəkiliş aparmağımızı söylədi. Meyitin arxa tərəfində yerdə 3-4 ayaq izləri də var idi.
Daha sonra mən şübhəli şəxs qismində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə aparıldım. Orada məni hədələdilər".
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.