"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ətrafı onun ölməsini istəyir".

"Unikal" xəbər verir ki, bunu "Bellingcat"-ın araşdırmaçı jurnalisti Xristo Qrozev Dmitri Qordona müsahibəsində deyib.

“Bu yaxınlarda mən həmkarlarımla Putinə çox yaxın olan bir oliqarxın səs yazısına qulaq asdıq, o, başqa bir oliqarxa Putinin ölməsinin daha yaxşı olduğunu (Putinin hansısa xəstəliyi olduğunu deyirdi), çünki o, bizi, Ukraynanı və Rusiyanı məhv edir.  Onlar hamısı belə belə düşünür və belədir”, - deyə Qrozev bildirib.

Onun sözlərinə görə, Putinin ətrafı onu aradan götürmək yollarını nəzərdən keçirir.

Aynurə Xudaverdiyeva