Xerson vilayətinin işğal olunmuş hissəsində indi zirzəmilərdə işğalçılar tərəfindən işgəncələrə məruz qalan beş yüzə yaxın insan var.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib:

"Bizdə olan məlumata görə, 500-ə yaxın insan işgəncə verildiyi zirzəmilərdədir. Bu, həm Xersonda, həm də Krımla inzibati sərhəddədir. Evə gəlirlər, aparırlar, oğurlayırlar".