Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefasına dair yayılan məlumatlara aydınlıq gətirib.

"Unikal"  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.
“Baş nazir istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər”, - qeyd edib.

Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər və o əlavə edib ki, hər il Baş nazirin istefasını tələb edərək növbədənkənar seçkilərin keçirilməsini tələb etmək absurddur.