Gəncədə 72 yaşlı qadının meyiti tapılıb.
"Unikal" bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.